...

Türk deputatlarından ibarət qrup Türkiyə –İsrail hökümətlərarası dostluq qrupunun tərkibindən çıxıb

Dünya xəbərləri Materials 2 Avqust 2006 18:31 (UTC +04:00)

İsrail HQ-nin Livanda hərbi əməliyyatları davam etdirməsinə etiraz əlaməti olaraq, Türkiyə Milli Məclisinin 25 deputatı Türkiyə -İsrail hökümətlərarası dostluq qrupunun tərkibindən çıxıb.

Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, onların arasında, demək olar ki, ölkə parlamentində təmsil olunan bütün partiyalardan deputatlar var.

Qeyd olunub ki, Türkiyə -İsrail hökümətlərarası dostluq qrupu üzvlərinin ümumi sayı 263 deputatdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti