...

Türkiyə ordusunun rəhbərliyinə yeni kadrlar təyin olunur

Dünya xəbərləri Materials 4 Avqust 2006 16:16 (UTC +04:00)

Türkiyə Ali Hərbi Şurasının 3 gün davam edən illik müşavirəsi başa çatıb.

Trend in xüsusi müxbiri xəbər verir ki, baş nazir Rəcəb Tayyip Erdoğanın Malayziyaya səfərilə bağlı Ali Hərbi Şuranın iclasında hökumət tərəfindən müdafiə naziri Veçdi Konül iştirak edib.

Yaşar Böyükanıtın Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının rəisi təyin edilməsindən sonra şura bir sıra kadr dəyişikliyini müzakirə edib. Xüsusilə, Y.Böyükanıtın tutduğu quru qoşunların komandanı vəzifəsinə ordu generalı İlker Başbuq tövsiyə olunub.

Onun tutduğu birinci ordu komandanı vəzifəsinə ikinci ordu komandanı ordu generalı Şükrü Sarıişik təklif olunub.

Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının ikinci rəisi ordu generalı İşik Koşenerin namizədliyi jandarm qüvvələrinin komandanı vəzifəsinə irəli sürülüb. Jandarm qüvvələrinin keçmiş komandanı ordu generalı Fevzi Türkeri pensiyaya göndərilib.

Ordu generalı Ergün Saygün Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının ikinci rəisi təyin olunub.

Türkiyə ordusunun bir sıra yüksək rütbəli zabitlərinin də namizədliyi müzakirə olunur. Bu şəxslərin rəsmi təyinatı ölkə prezidenti Əhməd Necad Sezerin təsdiqindən sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti