...

Alma-Atıda fransız jurnalistinin ölümü onun peşə fəaliyyəti ilə bağlı deyil

Dünya xəbərləri Materials 8 Avqust 2006 12:40 (UTC +04:00)

Alma-Atıda fransız jurnalistinin ölümü onun peşə fəaliyyəti ilə bağlı deyil. Trend in Astanadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə Qazaxıstan XİN-dən bildiriblər.

Xatırladaq ki, ötən həftə Alma-Atada fransız jurnalisti Qrequar De Burq öldürülüb.

Respublika XİN-dən xəbər verildiyi kimi, Qazaxıstanın Fransadakı səfirliyi mərhumun doğma və yaxınlarına rəsmi başsağlığı bildirib. Mərhumun cənazəsinin vətənə aparılmasında Fransa tərəfinə kömək göstərilir.

Fransanın Alma-Atıdakı səfirliyi daxili işlər nazirliyinin şəxsi nəzarəti altında keçən istintaqın gedişi haqqında tam məlumat alır.

XİN-dən həmçinin bildirilib ki, bu faciəvi insident fransız jurnalistinin peşə fəaliyyəti ilə heç cür bağlı deyil.

Qrequar De Burq "Strategic Media" agentliyinin jurnalisti idi və Amerikanın "Foreign Affairs" analitik jurnalı üçün Qazaxıstan haqqında böyük material hazırlayırdı.

Xəbər lenti

Xəbər lenti