Operativ məlumatlara əsasən, 2006-cı ilin yanvar-iyul aylarında Qazaxıstanda qaz hasilatı 15 mlrd 215,564 mln kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 3,4% azdır.
"İnterfaks"ın Qaz İnformasiyası Agentliyinə verilən məlumata görə, həmin müddətdə 8 mlrd 207,686 mln kub metr təbii qaz (92,4%) hasil olunub.
Trend "İnterfaks"a istinadən xəbər verir ki, iyulda Qazaxıstanda qaz hasilatı 2 mlrd 474,915 mln kub metr qaz, o cümlədən - 1369,407 mln kub metr təbii qaz təşkil edib.