...

Aşqabadda Türkmənistan Dövlət Nəqliyyat və Rabitə İnstitutu üçün yeni bina inşa ediləcək

Dünya xəbərləri Materials 29 Avqust 2006 15:41 (UTC +04:00)

Türkmənistan Dövlət Nəqliyyat və Rabitə İnstitutu tələbələrinin təhsili və professor-müəllim heyətinin fəaliyyəti üçün lazımi şərait yaratmaq məqsədilə prezident Saparmurat Niyazov müvafiq qərar imzalayıb. Sənədə əsasən, Türkmənistanın Dəmiryol Nəqliyyatı Nazirliyinə Türkiyənin "Həyat Qrupp Ko." firması ilə Aşqabad şəhərində institutun yeni binasının layihələşdirilməsi və inşası haqqında müqavilə bağlamağa icazə verilir.

Trend in "Turkmenistan.ru"-ya istinadən xəbər verdiyi kimi, 35 mln dollar dəyərində olan obyekt (ƏDV nəzərə alınmaqla) 2008-ci ilin fevralında istismara verilməlidir. Binanın layihələşdirilməsi və inşası üzrə işlərin maliyyələşdirilməsi ölkənin Dəmiryol Nəqliyyatı Nazirliyinin vəsaiti hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti