...

İraqdakı məscidə silahlı hücum nəticəsində 7 nəfər həlak olub, 3-ü isə yaralanıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 16:22 (UTC +04:00)

Bağdaddan şimali-şərqdə yerləşən Xan-Bani-Saad şəhərində şiə məscidinə silahlı insanların hücumu nəticəsində 7 nəfər həlak olub, 3-ü isə yaralanıb. "Associated Press"in polis idarəsindəki mənbəyə istinadən xəbər verdiy kimi, basqınçılar minomyot və avtomatlarla silahlanıbmışlar.

RBK-ya istinadən Trend xəbər verir ki, naməlum şəxslər məscidə minomyotlardan 6 atəş açdıqdan sonra hücuma keçiblər. Məscid ətrafında partlayıcı quraşdıran basqınçılar onu partladaraq binanı zədələyiblər. Hələlik ətraflı məlumat verilmir.

Zədələnmiş məscid şəhərdə yeganə şiə məscididir.

Xəbər lenti

Xəbər lenti