...

Vladimir Putin sentyabrın 22-23-də Fransaya səfər edəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 16:15 (UTC +04:00)

Vladimir Putin sentyabrın 22-23-də Fransaya səfər edəcək, burada Jak Şirakla danışıqlar aparacaq və Rusiya, Fransa, Almaniya liderlərinin üçtərəfli görüşündə iştirak edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Trend RİA-Novosti-yə istinadən xəbər verir ki, mətbuat xidmətinin məlumatında qeyd olunub ki, RF prezidentinin işgüzar səfəri Fransa prezidentinin dəvəti ilə baş tutacaq.

"Səfərin sonunda sentyabrın 23-də Paris şəhərinin ətrafında yüksək səviyyəli Rusiya- Fransa- Almaniya üçtərəfli görüşü keçiriləcək", - deyə məlumatda qeyd olunub.

Sonuncu dəfə Putin 2005-ci ilin mart ayında Fransaya işgüzar səfər edib. O zaman Parisdə Fransa, Rusiya, AFR və İspaniya liderlərinin dördtərəfli danışıqları keçirilib. Bundan başqa, Vladimir Putin Fransada Taverni şəhəri ərazisində Hava əməliyyatlarının idarə olunma mərkəzində də olub.

Xəbər lenti

Xəbər lenti