Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Gürcüstandakı vəziyyət BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirilməlidir. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
"BMT TŞ-nin bu problemlə məşğul olmasına əsas var. Bununla yanaşı, Gürcüstan rəhbərliyi Abxaziya məsələsi ilə bağlı yeni təhrikçi addımlar atır", - deyə sentyabrın 28-də Cənubi Saxalində S.Lavrov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yaxın iki həftə ərzində BMT TŞ-də gürcü-abxaz münaqişəsinin nizamlanmasına dair qətnaməyə baxılmalıdır. Rusiya bu sənəddə Gürcüstan tərəfinin antirusiya fəaliyyətinin öz əksini tapmasında israr edəcək", - deyə S.Lavrov qeyd edib.