...

Gürcüstanın müdafiə naziri sözünün üstündə duracağına söz verir

Dünya xəbərləri Materials 30 Sentyabr 2006 13:00 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri İrakli Okruaşvili bəyan edir ki, o, verdiyi sözü unutmayıb və ona sadiqdir - bir qədər əvvəl söz verdiyi kimi o, yanvarın 1-də Tsxinvalidə görüşəcək. Trend in Tbilisidəki xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə nazir "İmedi" telekanalına bildirib.

"Mən öz sözündən imtina edən insanlardan deyiləm", - deyə o bəyan edib.

RF müdafiə naziri Sergey İvanovun Gürcüstanla bağlı bəyanatına cavab verən İ. Okruaşvili qeyd edib: "Biz Tsxinvali və Abxaziyada baş verənlərə artıq öyrəşmişik". "Lakin tezliklə buna son qoyulacaq. Necə? Axalkalaki və Batumidən Rusiya hərbi bazalarının çıxarılması məsələsinin həllinə nail olduğumuz kimi, tədricən, məqsədyönlü siyasətimizlə", - deyə Gürcüstanın müdafiə naziri bildirib.

"Mən istəyirəm ki, Sergey İvanovun özü buraya, Gürcüstana gəlsin, Batumi və Axalkalakidəki Rusiya hərbçilərinin hansı mənəvi durumda olduqlarını öz gözləri ilə görçün. Onlar o insanlar deyil ki, hətta Gürcüstanla ultimatum dilində danışa bilsinlər", - deyə müdafiə idarəsinin başçısı bildirib.

"Bəli, biz kiçik bir dövlətik. Amma biz barmaqla bizi hədələyə biləcəklərini düşünən insanlardan üstünük. Biz öz mənəviyyatımız, şərəfimiz və ölkəmizə məhəbbətimizlə onlardan üstünük. Və heç bir bəyanat bizi qorxuda bilməz. Bizim güclü dövlət yaratmaq və ölkəmizin Avratlantika strukturlarına inteqrasiya etməsi üçün məqsədyönlü siyasətimiz var. Bu, dönməz bir prosesdən və bu insanlar bunu anlamalıdırlar", - deyə İ. Okruaşvili bəyan edib.

Gürcüstanın ünvanına səsləndirilən təhdidə gəlincə, nazir bildirib ki, Gürcüstan heç bir hərbi əməliyyat planlaşdırmır. Onun sözlərinə görə, indi tamam başqa bir aləm və beynəlxalq münasibətlər hökm sürür. "Ona görə də, 70-ci illərdə həyata keçirdiyi xarici siyasəti Rusiya artıq unutmalıdır. Bu gün mən bir daha əmin oldum ki, vaxtilə SSRİ-də olan sarsılmaz ordu və güclü xüsusi xidmət orqanları artıq mövcud deyil və onlar bu gün çox aşağı səviyyədədirlər", - deyə Gürcüstanın müdafiə naziri bildirib.

Xəbər lenti

Xəbər lenti