Oktyabrın 4-də Moskvada gürcü idmançısı, armreslinq üzrə beynəlxalq turnirlərin mükafatçısı Giorgiy Qviçiani qətlə yetirilib.
Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Armreslinq Federasiyasının vitse-prezidenti Soso Caçvliani "İmedi" televiziya şirkətinə məlumat verib.
O qeyd edib ki, bu barədə ona idmançının qohumları məlumat veriblər.
İdmançının ailəsi əmindir ki, idmaçının qətli Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsi nəticəsində baş verib.
Həlak olanın qohumları iddia edirlər ki, qətl skinhedlər tərəfindən törədilib.