...

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə seçkilərin vaxtından əvvəl keçirilməsi aktual məsələ deyil

Dünya xəbərləri Materials 30 Oktyabr 2006 13:47 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, seçkilərin vaxtından əvvəl keçirilməsi ölkə üçün aktual deyil.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, o qeyd edib ki, seçkilərdən sonra geridə qalmış 4 il ərzində Türkiyə böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bundan əvvəl heç bir hökumət bu müddətdən çox mövcud ola bilməyib. Baş nazirin fikrincə, bütün bunlar ona dəlalət edir ki, xalqın dəstəyi olmadan heç bir hökumət mövcud ola bilməz.

R.T.Ərdoğanın fikrincə, Türkiyənin yeni prezidenti 2007-ci ilin aprelində Milli Məclis tərəfindən seçiləcək. Prezident seçkilərindən sonra ölkə parlamenti yeni ümumi seçkilərin keçirilmə qrafikini açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti