...

İranda 5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 Noyabr 2006 11:14 (UTC +04:00)

Noyabrın 6-na keçən gecə İranın şimalında Rixter şkalası üzrə 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Rezvanşəhr şəhəri yaxınlığında - Tehrandan 500 km şimal-qərbdə qeydə alınıb. Bu barədə (C) Associated Press xəbər verir. Tələfat və dağıntı haqqında məlumat daxil olmayıb.

İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, kiçik güclü zəlzələ ölkədə, demək olar ki, hər gün baş verir. Belə ki, bu ilin mart ayında İranın qərbində üç güclü zəlzələ ən azı 66 nəfərin həyatını əlindən alıb. Son illər ərzində ən dağıdıcı hadisə 2003-cü ildə Bam şəhəri yaxınlığında zəlzələ olub, o zaman 26 mindən artıq insan həlak olub, bir neçə yüz min adam evsiz qalıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti