...

OPEK neftin qiymətinin aşağı düşməsindən ciddi şəkildə narahatdır

Dünya xəbərləri Materials 11 Yanvar 2007 16:18 (UTC +04:00)

Neft ixrac edən ölkələrin təşkilatı (OPEK) neftin qiymətinin aşağı düşməsindən ciddi şəkildə narahatdır və lazım gələrsə, bazarın sabitləşdirilməsi üçün tədbir görmək niyyətindədir. Bu barədə təşkilatın prezidenti Məhəmməd əl-Həmli (c) Reuters agentliyinə verdiyi müsahibəsində bildirib. "Biz bazarın gündəlik monitorinqini keçirəcəyik. Qiymətlərin aşağı düşməsi böyük narahatçılığa səbəb olur", - deyə M.əl-Həmli bildirib və əlavə edib ki, "əgər tələb olunarsa, OPEK bazarın sabitləşdirilməsi istiqamətində fəaliyyət göstərmək niyyətindədir".

"Biz trendi müəyyən etməli və bazarın hasilatın güman edilən azalmasına necə reaksiya verəcəyini aydınlaşdırmalıyıq", - deyə o qeyd edib.

Eyni zamanda BƏƏ-nin neft naziri olan M.əl-Həmli həmçinin bildirib ki, hələ 15 mart 2007-ci il tarixinə təyin olunmuş planlı görüşə qədər OPEK-in xüsusi iclasının keçirilməsi haqqında qərar qəbul olunmayıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti