...

Tacikistanda dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə Agentliyi yaradılıb

Dünya xəbərləri Materials 11 Yanvar 2007 18:02 (UTC +04:00)

Tacikistanda dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə Agentliyi yaradılıb. Tacikistan dövlətinin mətbuat xidmətindən İTAR-TASSa verilən xəbərə görə, bu barədə Tacikistan prezidenti İmaməli Rəhmanov dünən sərəncam imzalayıb.

Sənəddə vurğulanır ki, yeni dövlət orqanı "korrupsiya xarakterli cinayətlərlə mübarizə sisteminin genişləndirilməsi, dövlət idarəetmə orqanlarının funksiyalarının təkrarlanmasının aradan qaldırılması və yoxlama-nəzarət fəaliyyətinin şəffaflaşması məqsədilə" yaradılır.

Yeni idarənin rəhbərliyinə konstitusiya qanunvericiliyi və insan haqqları üzrə parlament komissiyasının sədri Şerxon Səlimov təyin olunub. Bu barədə Trend xəbər verir.

Tacikistanın baş prokurorluğunun məlumatlarına görə, ötən ilin doqquz ayı ərzində respublikada rüşvət, xidməti vəzifəsin dən sui istifadə etmə və başqa korrupsiya cinayətləri faktı ilə əlaqədar 80-dən yuxarı cinayət işi qalıdırılıb.

Xəbər lenti

Xəbər lenti