"Qazaxtelekom" SC 2007-2009 illərdə qeyri-kommersiya layihələrinin gerçəkləşməsinə davam edəcək. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə şirkətin mətubat xidmətindən xəbər veriblər.
Qeyri-kommersiya layihələrinə kənddə yerləşən məntəqələrin telefonlaşdırılması və məktəblərin telefonlaşdırılması və internetləşdirilməsi aiddir.
2007-ci ildə "Qazaxstelekom" telefonlaşmış məktəblərin sayını 94,6%-ə, 2008-ci ildə - 97,3%-ə, 2009 - 100%-ə çatdırmaq niyyətindədir. Hazırda məktəblərin 91,9%-i telefonlaşdırılıb.
İnt ernetə qoşulmuş məktəblərin sayı 2007-ci ilin sonuna92,3%, 2008-ci ilə - 96,2%, 2009 -cu ilə- 100% olacaq. Bu gün bu göstərici 88,5%.-dir.