...

Avropa ərazisində "Kirill" qasırğası tüğyan edir; o, Baltik sahillərinə də yaxınlaşır

Dünya xəbərləri Materials 19 Yanvar 2007 16:58 (UTC +04:00)

Avropa ərazisində güclü "Kirill" qasırğası tüğyan edir. Qarşısıalınmaz qasırğa nəticəsində ilkin məlumatlara görə, qitənin ölkələrində 20-ə yaxın adam həlak olub. Daxil olan məlumatlara görə, Böyük Britaniyada qasırğanın qurbanları 7 nəfər, Almaniyada 3 nəfər, Niderlandda 3 nəfər, Çexiyada 3 nəfər, Fransada 2 nəfər, Polşada bir nəfər olub. Həm də yaralılar var.

Siklonun mərkəzi şimal dənizi rayonunda yerləşir və Baltik istiqamətinə hərəkət edir. Buk barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Rusiyanın qərbində fırtına xəbərdarlığı elan olunub. Sinoptiklər Klininqrad vilayətində Atlantikadan geniş, güclü və dərin siklon proqnozlaşdırır. Gecə və cümə günü qərb və şimal qərb istiqamətində külək gözlənilir. Onun gücü 25-30 m/san.-yə çatacaq. Preqolada suyun səviyyəsi Baltik sistemi ilə 140 sm.-ə çata bilər ki, təhlükəli əlamət 155 sm.dir.

Xəbər lenti

Xəbər lenti