...

Liberiyaya BMT tarixində ilk dəfə qadınlardan ibarət sülhməramlı kontingent göndərilib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 10:33 (UTC +04:00)

Liberiyaya BMT tarixində ilk dəfə qadınlardan ibarət sülhməramlı kontingent göndərilib. Hindistan polisinin təxminən 100 əməkdaşından ibarət dəstə bu Qərbi Afrika ölkəsinin paytaxtı Monroviya şəhərində yerləşib.

Əvəllər də müxtəlif ölkələrdə qadınlar BMT sülhməramlılarının heyətinə daxil olub, lakin bu ilk dəfədir ki, bütün dəstə yalnız "zəif cinsin" nümayəndələrindən ibarətdir.

"RBK"ya istinadən Trend xəbər verir ki, qrup üzvləri ümid edir ki, qadınlarn münaqşə zonasında olması sülməramlılarla əhali arasında, xüsusilə qadın və uşaqlarla münasibətdə etibarın yaranmasına kömək edə bilər.

"Associated Press" xəbər verir ki, BMT tərəfindən yayılmış bəyana görə, maddi-texniki təminatla məşğul olan qadın dəstəsini təxminən 20 nəfərdən ibarət kişi sülhməramlıları müşayət edir.

Silahlı münaqişə nəticəsində 1989-2003-cü illərdə Liberiyada təxminən 200 min adam halak olub, təxminən 1,5 mln. əhali məcburi köçkün vəziyətinə düşüb.

BMT-nin 15 minlik sülhməramlılardan ibarət kontingenti 2003-cü ildən Lberiyadadır. Sülhməramlıların bu ölkədə yerləşdirilməsi vətəndaş müharibəsinin dayandırılması haqqında razılaşmanın bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti