...

Qazaxıstan 2007-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxil ola bilər – energetika və mineral resurslar naziri

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:14 (UTC +04:00)

Qazaxıstan artıq 2007-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxil ola bilər. Bu barədə eksklüziv müsahibəsində energetika və mineral resurslar naziri Baktıkoca İzmuxambetov bəyan edib.

Davosda beynəlxalq iqtisadi forumu artıq 35 ildir ki, hər il keçirilir. Demək olar Ki, ilk dəfə olaraq enerji təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirilib. Neft yataqları olan dövlətlər ayrıca "Ost neft"sessiyasına toplaşıb. Karbohidrogen xammalına olan qiymətin stabilləşdirilməsi, hasilatın məhdudiyyəti, "qara qızıl"ın ixracının problemləri haqqında danışılıb.

"Ayna" telekanalına istinadən Trend in məlumatına əsasən, Qazaxıstan Respublikasının energetika və mineral resurslar naziri Baktıkoca İzmuxambetov: "Mən həmçinin Xəzər dənizinin Qazaxıstan sektorunun mənimsənilməsi üzrə, neft-kimya sənayesinin inkişafı üçün dövlət proqramları, sonuncu proqramın özəllikləri, Qazaxıstan Respublikasında neft-kimya sənayesinin inkişafı üçün nəzərdə tutulan güzəşt və imtiyazlar haqqında danışdım".

Ötən il ölkədə 65 milyon ton neft hasil olunub. Əldə olunmuş "qara qızıl"ın 90%-i ixraca yönəlib. Son 5 il ərzində respublika karbohidrogen xammalının müstəqil emalının çəkisini iki dəfə artırıb. Qazaxıstan investisiya qoyulması baxımından cəlbediciliyi xüsusilə artıb. İzmuxambetov: "Digər dövlət nümayəndələrinin çıxışında Qazaxıstan ilə əməkdaşlıq perspektivinin mümkünlüyü qeyd olunub. Bu böyük nailiyyətdir".

Davosda respublikada iqtisadi yeniliklər müsbət qarşılanıb. Beynəlxalq forumun iştirakçılarının sözlərinə görə, Qazaxıstan cari ilin sonuna qədər Ümumdünya Ticarət Mərkəzinə daxil ola bilər.

Xəbər lenti

Xəbər lenti