Qaraqanda vilayətində (Qazıxstanın mərkəzi) Qazaxıstan Müdafiə Nazirliyinin (MN) MiQ-31 təyyarəsi qəzayə uğrayıb.
www.itar-tass.com agentliyinə FHN mətbuat xidmətindən bildiriblər ki, Qazaxıstan MN-ə məxsus təyyarə fevralın 16-da təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
FHN-də bildiriblər: "Qəza nəticəsində təyyarədə olan 2 təyyarəçi həlak olub".
Trend xəbər verir ki, hadisə yerində qəzanın səbəblərini aşkar etmək məqsədilə respublika MN-nin komissiyası işləyir.