...

İraq prezidenti Əmmanda müalicəsini davam etdirir

Dünya xəbərləri Materials 28 Fevral 2007 16:12 (UTC +04:00)

RİA Novosti xəbər verir ki, İraq prezidenti Cəlal Təlabani hələ bir neçə gün də İordaniya paytaxtında kral Hüseynin tibbi şəhərciyində qalacaq.

"Krallığın ən yaxşı klinikalarında çalışan həkimlər qrupu İraqın 74 yaşlı dövlət başçısının sağlamlığı ilə bağlı əlavə müayinələr aparacaq" - deyə Əmmanda çərşənbə günü çıxan "Ad-Dustur" qəzeti yazıb. Tələbani bir neçə gün əvvəl İordaniya klinikasına "yorğunluqla bağlı halsızlıq" diaqnozu ilə çatdırılıb.

Prezidentin şəxsi həkimi Yadqar Hikmət isə Təlabaninin infarkt keçirməsi və ürəyində şuntlama əməliyyatına ehtiyac olması barədə xəbərləri təkzib edib.

Xəbər lenti

Xəbər lenti