...

İran müstəqil olaraq yeni AES-in tikintisinə başlayıb

Dünya xəbərləri Materials 7 Mart 2007 18:35 (UTC +04:00)

Ölkənin nüvə enerjisi Təşkilatının başçısı Qulammirzə Ağazədənin verdiyi məlumata görə, İran müstəqil olaraq yeni Atom Elektrik Stansiyasının ( AES) tikintisinə başlayıb. Onun sözlərinə istinadən Reuters-in verdiyi məlumata görə, "prezidentin sərəncamına əsasən, 360 MVt. gücündə olan birinci milli atom elektrik stansiyasının tikintisinə başlanılıb". Məmur təfsilatıyla məlumat verməkdən imtina edib. RBK .-nın verdiyi məlumata görə, "Düşmənlər bilir ki, sülh naminə atom əldə etməkdə xalqımızın qərarını zəiflədə bilməyəcəklər, buna görə də ölkəmizdə bu barədə müxtəlif fikirlər olduğu görünüşünü yaratmaq istəyirlər ", - deyə Q.Ağazadə əlavə edib.

Rusiya İranla 1992-ci ildə imzalanan hökumətlərarası razılaşma çərçivəsində Buşəhr AES-in birinci blokunun tikintisini aparır. Fiziki işəsalınma layihəsinə əsasən, AES 2007-ci ilin noyabr ayında işə başlamalı idi, lakin maliyyə probleminə görə o təxirə salınıb

Xəbər lenti

Xəbər lenti