...

İndoneziyada "quş qripi" qurbanlarının sayı 68-ə çatıb

Dünya xəbərləri Materials 28 Mart 2007 10:40 (UTC +04:00)

İndoneziyada iki insanın "quş qripi"ndən dünyasını dəyişməsi faktı qeydə alınıb. Təhlükəli xəstəliyin yeni qurbanları Cənubi Sumatra əyalətinin 22 yaşlı sakini və Şərqi Yava əyalətinin 40 yaşlı sakinidir. Bu barədə RBK məlumat verib.

İndoneziyalı həkimlər təsdiqləyilb ki, onların vəfatına səbəb "quş qripi" virusu olub. Beləliklə, ölkədə bu xəstəliyin qurbanlarının sayı 68 nəfərə çatıb. Bu barədə Associated Press bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2003-cü ildə dünyada "quş qripi"ndən 169 nəfər vəfat edib.

Xəbər lenti

Xəbər lenti