...

Tiflisdə Cənubi Qafqaz regionlarının "Əmlak – azadlıq - əmin-amanlıq" mövzusunda seminar keçiriləcək

Dünya xəbərləri Materials 9 Aprel 2007 17:33 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirüxalia/ "Gürcüstan - yeni iqtisadi məktəb" iqtisadi elmlərin yayılması cəmiyyəti və "Fridrix Nauman Fondu" Cənubi Qafqaz regionlarının "Əmlak - azadlıq - əmin-amanlıq" mövzusunda beynəlxalq seminar keçirir. Fonddan verilən məlumata görə, seminar Daba Şindisdə (Tiflis yaxınlığında) baş tutacaq. Konfransı idarə etmək üçün Almaniya Liberal İnstitutunun təlimçisi Saşa Tam və "Gürcüstan - yeni iqtisadi məktəb"in prezidenti Paata Şeşelidze dəvət ediliblər.

Tədbirdə liberal təşkilatların nümayəndələri, yuxarı kurs tələbələri, hökumət və qeyri-hökumət sektoru nümayəndələri, Gürcüstan, Azərbaycan və Ermənistanın iqtisadi ekspertləri (iqtisadiyyat mütəxəssisləri) iştirak edəcəklər.

Seminar əsasən ingilis dilində aparılacaq. Buna görə də əvvəlcədən iştirakçılar ingilis dilində müsahibə-söhbətlərdən keçəcəklər. Seminarda iştirak etmək üçün bütün xərcləri fond öz üzərinə götürür.

Xəbər lenti

Xəbər lenti