...

Gürcüstan parlamentinin spikeri: "Gürcüstan Polşa ilə enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığa xüsusi önəm verir"

Dünya xəbərləri Materials 16 Aprel 2007 15:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan Polşa ilə enerji təhlükəsizliyi və enerji diversifikasiyası sahəsindəki əməkdaşlığa xüsusi önəm verir. Bu sözləri Polşa prezidentinin Gürcüstan parlamentində keçirilən qəbulundan sonra Gürcüstan parlamentinin sədri Nino Burcanadze deyib.

"Polşa bir çox Avropa dövlətlərindən yaxşı bilir ki, enerji daşıyıcıları diversifikasiyası Avropanın enerji təhlükəsizliyinin təminatında hansı əhəmiyyətə malikdir" - deyə Burcanadze bildirib. O qeyd edib ki, diversifikasiya digər enerji dəhlizlərinin bağlanmasını və digər dövlətlər üçün problemlərin yaradılmasını nəzərdə tutmur: "Bu, Gürcüstan və Polşa prezidentlərinin görüşündə müzakirə olunacaq əsas məsələlərdən biri olacaq".

Burcanadze qeyd edib ki, mayda Varşavada enerji təhlükəsizliyi ilə bağlı sammitin keçirilməsi planlaşdırılır. Lakin eyni zamanda o, bu görüşün digər vaxta keçirilməsi ehtimalını istisna etməyib. Burcanadzenin sözlərinə görə, bu, sammitə daha yaxşı hazırlaşmaq məqsədilə edilə bilər.

Xəbər lenti

Xəbər lenti