...

Ali Radanın rəhbəri növbədənkənar seçkilərin keçirilməsi üçün qanun layihələrinə paket səsverməyə qarşı çıxır

Dünya xəbərləri Materials 14 May 2007 18:10 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna Ali Radasının rəhbəri Aleksandr Moroz növbədənkənar seçkilərin keçirilməsi üçün lazım olan qanun layihələrinə paket səsverməyə qarşı çıxır.

Bu barədə Ukrayna parlmentinin spikeri bu gün deputat fraksiyaları və parlament komitələrinin liderləri ilə saziş komissiyası zamanı bəyan edib.

"Mən bu cür addımlara getməyəcəm, əgər istəyirsinizsə, bunu mənsiz edin", - deyə Moroz bildirib.

O xatırladıb ki, işçi qrup növbədənkənar seçkilərin keçirilməsi üçün lazım olan qanun layihələrini işləməkdə davam edir.

Bununla belə, A.Moroz qeyd edib ki, onların baxılması reqlamentə uyğun olaraq keçirilməlidir. "Onları ardıcıl surətdə nəzərdən keçirəcəyik", - deyə o bildirib.

A.Moroz hesab edir ki, qanun layihələrinin baxılmasına artıq bu həftə başlamaq olar. O cümlədən, o qeyd edib ki, Ali Rada cümə axşamı işçi qrup tərəfindən artıq hazırlanmış qanun layihələri ilə bağlı qərara gələ bilər. "Artıq cümə axşamı onları birinci oxunuşda qəbul etmək mümkün olar", - deyə parlament rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti