...

Koalisiya tərəfdarları Kiyevdə etiraz aksiyalarını bərpa edir

Dünya xəbərləri Materials 17 May 2007 17:01 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Koalisiya tərəfdarları Kiyevdə etiraz aksiyalarını bərpa edir. Bu barədə jurnalistlərə müsahibəsində Ukraynanın xalq deputatı Vadim Kolesniçenko (Regionlar partiyası fraksiyası) bildirib.

Onun sözlərinə görə, mitinqlər "Bütün hakimiyyət sovetlərə" şüarı altında keçəcək. İnsanlar siyasi islahatların ikinci mərhələsinin aparılmasına dəstək olacaqlar.

V.Kolesniçenkonun qeyd etdiyi kimi, bu gün 11:00-da Nezalejnost Maydanında koalasiya tərəfdarları toplaşacaq, 17:00-dan 18:00-dək mitinqin keçirilməsi planlaşdırılır.

Hazırda parlament yaxınlığında koalisiyanın 2 min tərəfdarı toplaşıb.

Xəbər lenti

Xəbər lenti