...

Koreyanın EBS kanalı Azərbaycan haqda film cəkib

Siyasət Materials 16 Noyabr 2009 12:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Koreyanın aparıcı telekanallarından olan EBS kanalının çəkiliş qrupu 25 sentyabr-15 oktyabr 2009-cu il tarixlərində Azərbaycanda olmuş və Azərbaycan xalqı, onun milli mədəniyyəti, tarixi abidələri və turizm yerləri haqqında dörd hissədən ibarət film çəkmişdir, Trend News-a səfirlikdən bildiriblər.
Koreyanın EBS kanalı Azərbaycan haqda film cəkib

Azərbaycan, Baki, 16 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Koreyanın aparıcı telekanallarından olan EBS kanalının çəkiliş qrupu 25 sentyabr-15 oktyabr 2009-cu il tarixlərində Azərbaycanda olmuş və Azərbaycan xalqı, onun milli mədəniyyəti, tarixi abidələri və turizm yerləri haqqında dörd hissədən ibarət film çəkmişdir, Trend -a səfirlikdən bildiriblər.

"Qafqaz xalqları" adlanan birinci hissədə Qara dəniz və Xəzər dənizinin arasında yerləşən Azərbaycanın şimal ərazilərində məskunlaşmış milli azlıqlardan bəhs edilmiş, Quba və Azərbaycanım ən yüksək yaşayış məskəni olan Xınalıq Koreya tamaşaçılarına təqdim edilmişdir. Sonda Azərbaycanda müxtəlif dinlərə inanan çoxlu sayda azlıqların uzun əsrlər boyu yüksək tolerantlıq şəraitində yaşadıqları vurğulanmışdır.

"İpək yolunun şanlı irsi" adlanan ikinci hissədə qədim ipək yolunun mərkəzi şəhərləri olmuş Lahıc və Şəki nümayiş etdirilmiş, Azərbaycanın qədim misgərlik və digər sənətkarlıq nümunələrindən söhbət açılmışdır. Həmçinin, YUNESCO tərəfindən Dünyanın Mədəni İrsi siyahısına daxil edilmiş İçərişəhərə ekskursiya edilmişdir.

"Bakının sönməyən alovu" adlanan üçüncü hissədə dünyada neftin ilk dəfə tapıldığı Azərbaycanda yerləşən Yanardağ və Atəşgah abidələri ziyarət edilərək Zərdüştlüyün vətəninin İran və ya Hindistan deyil, məhz Azərbaycan olması diqqətə çatdırılmışdır. Daha sonra Bakıda Şəhidlər Xiyabanı və orada şəhidlərin ruhuna ucaldılmış məqbərədəki daimi alov nümayiş etdirilərək, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi, bu münaqişədə Azərbaycanın çoxlu sayda şəhid verdiyi, eləcə də bir milyona yaxın azərbaycanlının qaçqın və köçkün düşdüyü qeyd edilmişdir.

"Tarixin o tayındakı torpaq" adlanan dördüncü hissədə daş dövrünün abidəsi olan Qobustandakı qaya rəsmləri və dünyanın təbii möcüzələrindən olan palçıq vulkanları barədə Koreya tamaşaçılarına məlumat verilmişdir. Həmçinin, Xəzər dənizinin sahilində yerləşən Lənkəran və uzunömürlülərin yaşayış məskəni kimi məşhur olan Lerikə ekskursiya edilmişdir.

EBS kanalının Azərbaycan haqqında çəkdiyi film Koreyada müvafiq olaraq 9, 10, 11, 12 noyabr 2009-cu il tarixlərində hissə-hissə, 15 noyabr tarixində isə dörd hissə birlikdə efirə getmişdir.

Xəbər lenti

Xəbər lenti