...

Pakistan İslamabad məscidinə hücumun təşkilatçısını saxlayıb

Dünya xəbərləri Materials 7 Fevral 2026 19:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə səbəb olan İslamabad məscidinə hücumun təşkilatçısını həbs edib.

Trend “The News”a istinadən xəbər verir ki, əməliyyat zamanı onunla əlbir olan daha üç nəfər də saxlanılıb.

Məlumata görə, cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində həyata keçirilib. Əməliyyat zamanı bir təhlükəsizlik işçisi həlak olub, daha üç nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti