Bakı. Trend:
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.
Trend-in məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev bürünc medal qazanıb. Daha əvvəl 60 kq çəki dərəcəsində Balabəy Ağayev qızıl medal əldə etmişdi.
Eyni zamanda, Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Migel Qaqoyaya uduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 8-də başa çatacaq və Azərbaycan bu yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
xxx
20:55
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Trend xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən 27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
xxx
20:10
Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev bu uğura imza atıb. 27 yaşlı idmançı yarımfinal mərhələsində İsrail təmsilçisi İtshak Aşpizə qalib gələrək adını finala yazdırıb.
Eyni çəkidə çıxış edən Ruslan Paşayev yarımfinalda məğlub olduğu üçün üçüncü yer uğrunda görüşdə mübarizə aparacaq. Nazir Talıbov isə 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Migel Qaqoyaya uduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 8-də başa çatacaq. Azərbaycan bu yarışda ümumilikdə səkkiz cüdoçu ilə təmsil olunur.
