Bakı. Trend:
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasında növbəti döyüşünə çıxıb.
Trend xəbər verir ki, o, Niderlandın Arnhem şəhərində keçirilən "Glory 108" turnirində rumıniyalı döyüşçü Kristian Rista ilə qarşılaşıb.
Döyüş həmiyerlimizin qələbəsi ilə yekunlaşıb. Bəhram Rəcəbzadə rəqibini cəmi 15 saniyəyə yerə sərib.
