...

İtaliyalı konkisürən Qış Olimpiadasında olimpiya rekordu müəyyən edib

İdman Materials 8 Fevral 2026 01:48 (UTC +04:00)
İtaliyalı konkisürən Qış Olimpiadasında olimpiya rekordu müəyyən edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyalı konkisürən Françeska Lollobricida 2026-cı ildə Milanda keçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metr məsafəyə yarışda qalib gələrək yeni olimpiya rekordu müəyyən edib.

Trend xəbər verir ki, idmançı məsafəni 3 dəqiqə 54,28 saniyəyə qət edib.

Bununla da Françeska Lollobricida İtaliyaya Qış Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb. İkinci yeri qalibdən 2,26 saniyə geri qalan norveçli konkisürən Raqne Viklund tutub. Bürünc medal isə 2,65 saniyə geridə qalan kanadalı Valeri Malteyə nəsib olub.

Qeyd edək ki, əvvəlki olimpiya rekordu 3 dəqiqə 56,93 saniyə təşkil edib. Bu nəticə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında qeydə alınıb və niderlandlı İren Sxautenə məxsus idi.

Xəbər lenti

Xəbər lenti