...

İspaniya futzal üzrə Avropa çempionu oldu

İdman Materials 8 Fevral 2026 03:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya milli komandası futzal üzrə Avropa çempionatının finalında Portuqaliya yığmasını 5:3 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, həlledici görüş Sloveniyanın paytaxtı Lyublyanada keçirilib.

Bu qələbə ilə İspaniya milli komandası tarixində səkkizinci dəfə Avropa çempionatının qalibi olub. İspanlar daha əvvəl 1996, 2001, 2005, 2007, 2010, 2012 və 2016-cı illərdə kuboku qazanıblar və turnir tarixində ən çox çempionluq əldə edən komandadır.

Qeyd edək ki, Portuqaliya milli komandası futzal üzrə Avropa çempionatında iki dəfə — 2018 və 2022-ci illərdə — qalib olub.

Xəbər lenti

Xəbər lenti