Bakı. Trend:
Hindistanın şimal-şərqində, Meqhalaya ştatında qeyri-qanuni kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.
Trend xəbər verir ki, bu barədə şənbə günü yerli polis məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ən azı doqquz nəfər xəstəxanada müalicə alır.
Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsi bildirib ki, mədəndə hələ də insanlar ola bilər və buna görə axtarış-xilasetmə işləri davam edir.
Daha əvvəl partlayış nəticəsində 18 nəfərin həlak olduğu bildirilmişdi. Hadisə fevralın 5-də Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.
