...

Bundestaq AfD partiyası ilə əlaqəli 7 işçiyə giriş icazəsi verməyib

Dünya xəbərləri Materials 8 Fevral 2026 07:25 (UTC +04:00)
Bundestaq AfD partiyası ilə əlaqəli 7 işçiyə giriş icazəsi verməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin fevral ayında keçirilən federal seçkilərdən sonra Bundestaq administrasiyası Almaniyada Alternativ (AfD) partiyası ilə əlaqəli yeddi işçiyə icazə verməkdən imtina edib.

Trend xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu işçilərdən ikisi parlament fraksiyasında, qalan beşi isə parlamentin ayrı-ayrı üzvləri tərəfindən işə götürülüb. Vəsiqələrin verilməməsi onların Bundestaq binalarına girişini və maaşlarını almaq imkanını məhdudlaşdırıb.

Almaniya parlamenti administrasiyasının nümayəndəsi bildirib ki, bütün parlament fraksiyası işçiləri binaya daxil olmadan əvvəl təhlükəsizlik və mühafizə tələblərinə cavab verib-vermədikləri yoxlanılır. Qəzetin məlumatına görə, şəxsin müəyyən edilmiş meyarlara uyğunluğu ilə bağlı narahatlıqlar olduqda, icazə rədd edilə bilər.

Xəbər lenti

Xəbər lenti