...

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 8 Fevral 2026 13:29 (UTC +04:00)
Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırıldı (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən;

1. Bakı-Sumqayıt şosesi Sumqayıt;

2. Tbilisi prospekti, Sumqayıt;

3. Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;

4. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;

5. Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

XXX

10:23

Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

“Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər”, - deyə qurumun məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti