Bakı. Trend:
“Yuventus” türk hücumçu Kenan Yıldızın müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Trend xəbər verir ki, Turin klubu bu məlumatı rəsmi saytında açıqlayıb.
Əvvəlki mətbuat məlumatlarına görə, hücumçunun maaşı İtaliya klubunda ən yüksək maaşlardan biri olacaq.
Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi “Yuventus”un gənclər komandasına qoşulub. Bu mövsüm 20 yaşlı cinah oyunçusu bütün yarışlarda 31 oyunda doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib.
Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 45 xalla dördüncü yerdədir, liqaya isə 55 xalla “İnter” liderlik edir.
