...

Premyer Liqada XIX tura start veriləcək

İdman Materials 8 Fevral 2026 08:54 (UTC +04:00)
Premyer Liqada XIX tura start veriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XIX tura bu gün start veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 43 xalla 1--ci, qonaqlar isə 27 xalla 6-cı pillədə qərarlaşıblar.

Turun digər oyununda isə “Zirə” “Sumqayıt”ın qonağı olacaq. Qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 30 xalla 4-cü, qonaqlar isə 29 xalla 5-ci pillədə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti