Dövlət qurumlarından I Avropa Oyunları ilə əlaqədar parklama xəbərdarlığı

Dövlət qurumlarından I Avropa Oyunları ilə əlaqədar parklama xəbərdarlığı

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

Bu gün I Avropa Oyunları ilə bağlı narahatlıq doğuran ən ciddi məsələ Bakı yollarında tıxac və avtomobillərin parklanması problemidir.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Əsas məsələ" proqramının I Avropa Oyunları ilə bağlı nəqliyyat və təhlükəsizlik məsələlərinin həllinə həsr olunmuş buraxılışında çıxış edən dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri tərəfindən səsləndirilib.

Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yollarda avtomobillərin qanunsuz park edilməsi ciddi narahatlıq doğurur: "Ən böyük problemlərdən biri avtomobillərin yollarda atılıb gedilməsidir, yəni parklama məsələləridir. Ona görə maksimum dərəcədə çalışıb parklama yerlərindən istifadə etmək lazımdır".

O həmçinin deyib ki, iyun ayı ərzində yük avtomobillərinin paytaxtda hərəkəti tam dayandırılacaq: "Ticarət obyektlərinin təminatı kiçik tutumlu avtomobillərlə olacaq. Amma ticarət obyektlərinin təminatı axşam saat 22:00-dan səhər saat 06:00-dək getməlidir. İdman oyunları müddətində mağazalar gecə saatlarında təmin edilməlidir ki, yollarda tıxaclar, problemlər yaşanmasın".

İdman və gənclər naziri Azad Rəhimov bildirib ki, Avropa Oyunları ilə əlaqədar minik avtomobilləri ilə Bakı şəhərində hərəkət etmək üçün heç bir xüsusi buraxılış sənədi tələb olunmayacaq: "Sadəcə bəzi sakinlərə avtomobillərini yaşadığı binanın yanında park etmək üçün icazə sənədi veriləcək. Məsələn, Bakı Olimpiya Stadionu və "Kristal Zal" ətarfında yaşayış binaları yoxdur, Bakı Su İdmanı Sarayının ətrafında binalar azdır, amma Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ətrafında hər tərəfdə məhəllələr var. Orada yaşayan sakinlər üçün xüsusi buraxılış sənədi hazırlamışıq. Həmin buraxılış sənədi sadəcə avtomobili o binaların yanında park etmək üçündür. Sürücü buraxılış sənədini avtomobilin ön şüşəsinə yapışdıracaq, keçən polis və evakuator xidməti o maşına toxunmayacaq. Biləcək ki, bu, binada yaşayan sakinin maşınıdır. Bu əslində buraxılış da yox, parkinq üçün icazə verən sənəddir".

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib ki, yollarda tıxaclar nəinki I Avropa Oyunları ərəfəsində, ümumiyyətlə böyük problem yaradır: "Maşınların düzgün park olunmaması və tıxacların yaranması səbəbindən baş vermiş hadisə yerinə xüsusi təyinatlı avtomobillərin yaxınlaşması üçün saatlarla vaxt sərf olunur. Siqnalları yandırıb hərəkət etməsinə baxmayaraq, bəzi sürücülər bizim xüsusi təyinatlı avtomobillərə yol vermirlər. Xüsusi təyinatlı avtomobillər, təcili yardım, FHN-nin, polisin avtomobiləri və digərləri hər biri insanların həyatını xilas etmək üçün tələsirlər. Xahiş edirik ki, onlara kömək etsinlər. Təsəvvür edin, onların hadisə yerinə gec çatması hadisənin böyüməsinə və insanların ölümünə gətirib çıxara bilər. Xahiş edirəm ki, xalqımız bunu nəzərə alsın".

Daxili İşlər nazirinin mavini, polis general-leytenantı Oruc Zalov isə bildirib ki, keçirilən təlim-məşqlər göstərib ki, həqiqətən də I Avropa Oyunları zamanı müəyyən yerlərdə tıxaclar yarana bilər: "Son olaraq mayın 9-da xüsusi təlim-məşq keçirildi. Könüllülərdən ibarət şərti qonaqlar təşkil olundu. Həmin qonaqların ictimai nəqliyyat vasitəsilə stadiona çatdırılması hesablandı. Həmin nəqliyyat vasitələrinin müşaiyət olunması təmin edildi. Tıxaclar yarana bilən yerlər bir daha müayinədən keçirildi. Biz gördük ki, doğrudan da müəyyən yerlər var ki, orada tıxaclar yarana bilər".

O.Zalov deyib ki, onların təklifi əsasında Nazirlər Kabinetinin verdiyi qərara əsasən iyun ayı ərzində böyük həcmli yük avtomobillərinin şəhərə buraxılmasına tam məhdudiyyət qoyulacaq. Minik maşınlarına gəlincə, nazir müavini sürücülərin özlərinin rahatlığı naminə onlara bir müddət ictimai nəqliyyatdan istifadə etməyi məsləhət görüb: "Bakıda yaşayan hər bir sürücü bilir ki, günün müəyyən vaxtlarında tıxaclar onların gediş-gəlişinə mane olur. Bunun da aradan qaldırılması məqsədilə biz Bakıda bütün sürücülərə, şəxsi avtomobillərdən istifadə edən hər bir vətəndaşa müraciət edirik ki, ay ərzində minik maşınlarından maksimum dərəcədə az istifadə etsinlər. Tıxaclarda qalmamaq, günün altında saatlarla vaxt itirməmək üçün elə sabahdan bu işə qoşulsalar, daha yaxşı olar".

Nazir müavini bölgələrdən Bakıya gəlmək istəyən sürücülərə də müraciət edərək bildirib ki, müəyən vaxtlarda elə məhdudiyyətlər qoyulacaq ki, onlar şəhərə daxil ola bilməyəcəklər: "Yaxşı olar ki, onlar indidən ictimai nəqliyyatdan istifadə qaydalarına riayət etsinlər. İctimai nəqliyyatın sayı kifayət qədər artırılacaq. Onların Bakıya gediş-gəlişinə heç bir maneə olmayacaq, məhdudiyyət qoyulmayacaq. Şəxsi avtomobillərlə Bakıda Oyunlara baxmaq və ya şəxsi işlərini görmək üçün gələnlərə isə məhdudiyyət qoyulacaq. Bu vətəndaşlar üçün Bakının kənar ərazilərində müəyyən yerlər təşkil edəcəyik ki, onlar avtomobili saxlayıb şəhərə ictmiai nəqliyyatla gəlsinlər. Amma yaxşı olar ki, onlar rayondan birbaşa ictimai nəqliyyatdan istifadə edərək gəlsinlər. Bu gün biz inzibati qaydada demirik ki, hamıya qadağa qoyulacaq. Amma günün altında qalmaqdansa, saatlarla vaxt ititrməkdənsə ictimai nəqliyyatdan istifadə edərək mənzil başına rahat çatmaq ondan min qat yaxşıdır".

O.Zalov bildirib ki, müvafiq qurumların tövsiyə və müraciətlərinə baxmayaraq avtomobili qanunsuz park edənlərə qarşı ciddi tədbirlər görüləcək: "Sözsüz ki, evakuator xidməti bu cür sürücülərə qarşı bağışlama mövqeyindən çıxış etməyəcək. Evakuator xidmətinin fəaliyyəti həddindən artıq yüksələcək. Yol polisi əməkdaşları müşahidə kameraları vasitəsilə həmin yollara ciddi nəzarət edəcək. Bu gün Bakıda 6 mindən çox nəzarət kameralarımız var. Həm yollara, həm ictimai asayişin qorunmasına gecə-gündüz nəzarət olunacaq. Bizim tövsiyələrə əməl etməyən, intizamsız sürücülərə qarşı ciddi tədbirlər görüləcək".

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Kestutis Yankauskas: Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq (FOTO)
Çinin şimalında taun epidemiyası aşkar edilib
Yevlaxdan Cəlilabada dilənçiliyə gedənlər saxlanılıb
Buzovna çimərliyi tullantılardan təmizlənir (FOTO)
Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələnib
Həyətində narkotik becərən Xızı sakini saxlanıldı (FOTO)
Türkiyənin müdafiə sənayesi məhsulları ixracı azalıb
Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
Ermənistan sutka ərzində atəşkəsi 35 dəfə pozub
97 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Cənubi Koreyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb
Türkiyədə daha bir zəlzələ olub
Bakıda anqarda yanğın olub
Çinin şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib
Tovuzda top mərmisi aşkar edilib (FOTO)
Moskvada koronavirusdan daha 14 nəfər ölüb
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Bütün xəbərlər