...

Neurope.eu saytında I Avropa Oyunlarına həsr olunmuş məqalə yayımlanıb

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 13:39 (UTC +04:00)
Neurope.eu saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təbliğat xarakterli məqalə yayımlanıb.
Neurope.eu saytında I Avropa Oyunlarına həsr olunmuş məqalə yayımlanıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Neurope.eu saytında "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı təbliğat xarakterli məqalə yayımlanıb.

Trend xəbər verir ki, məqalədə Oyunlar haqqında geniş məlumat verilir, 6 mindən artıq idmançının qatılacağı yarışları 2 mindən artıq yerli və xarici jurnalistin işıqlandıracağı qeyd edilir.

İyunun 12-dən 28-dək keçiriləcək Oyunların idman azarkeşlərinə böyük həyəcan yaşadacağı qeyd edilən yazıda Avropa Oyunlarında iştirak edən idman növləri barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, "Bakı-2015" Avropa Oyunları idmançılara 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.

Yazının sonunda ikinci Avropa Oyunlarının Niderlandda keçiriləcək diqqətə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti