...

"Avropa Oyunlarında əsas məqsədimiz ilk 10-luqda yer almaqdır"

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 17:12 (UTC +04:00)
"Bu günədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk 10-luqda yer alıb. Birinci Avropa Oyunlarında da əsas məqsədimiz odur ki, bu onluqdan çıxmayaq".
"Avropa Oyunlarında əsas məqsədimiz ilk 10-luqda yer almaqdır"

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Bu günədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk 10-luqda yer alıb. Birinci Avropa Oyunlarında da əsas məqsədimiz odur ki, bu onluqdan çıxmayaq".

Trend xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün xarici ölkələrin media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, belə möhtəşəm tədbirlərdə qabaqcadan heç bir proqnoz vermək düzgün deyil: "Yarışların gərginliyi, iştirak edən ölkələrin sayı, ətrafda olan mühit, həyəcan bəzən Olimpiya, dünya çempionlarını yarışdan kənarlaşdırıb. Amma bəzən təcrübəsi olmayan idmançı qızıl medal qazanıb. Bizim üstünlüyümüz ondadır ki, ev sahibliyi kimi bizə təsnifat yarışlarından keçməyə ehtiyac olmadı. Bizim idmançılar bütün idman növlərində iştirak edəcəklər. Bu bizə bütün idman növlərində medal qazanmağa şans verir. Yarışlara tamaşa etməyə gələn yerli insanların dəstəyi də bizə böyük imkan yaradır".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti