...

Avropa Oyunlarının güləş yarışlarının ilk günündə 4 idmançımız mübarizə aparacaq (PÜŞK) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 16:17 (UTC +04:00)
Bakı 2015 birinci Avropa Oyunlarının güləş yarışlarının ilk günündə 4 idmançımız mübarizə aparacaq.
Avropa Oyunlarının güləş yarışlarının ilk günündə 4 idmançımız mübarizə aparacaq (PÜŞK) (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı 2015 birinci Avropa Oyunlarının güləş yarışlarının ilk günündə 4 idmançımız mübarizə aparacaq.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, "Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Ümumilikdə Oyunlar ərzində 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.

İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Artıq ilk gün mübarizə aparacaq güləşçilərin çəki prosesi baş tutub və püşkatma keçirilib.

59 kq

1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)

71 kq

1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)

80 kq

1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)

98 kq

1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)

İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti