...

Gennadi Züqanov: I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın inkişaf göstəricisidir

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 16:44 (UTC +04:00)
Azərbaycanda möhtəşəm idman infrastrukturu yaradılıb: “Ən müasir idman kompleksləri tikilib.
Gennadi Züqanov: I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın inkişaf göstəricisidir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın inkişaf göstəricisidir. Bunu Trend-ə açıqlamasında Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib.

G.Züqanov bildirib ki, Azərbaycanda möhtəşəm idman infrastrukturu yaradılıb: "Ən müasir idman kompleksləri tikilib. Bakı gündən-günə inkişaf edir və böyüyür. Buna və I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinə çox sevinirəm".

G.Züqanov həmçinin I Avropa Oyunları zamanı münaqişələrə son veriləcəyinə ümid etdiyini də dilə gətirib: "Siyasi meydandansa, idman meydanında mübarizə aparmaq daha yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti