...

Gimnastlarımız medallar uğrunda mübarizəni davam etdirirlər (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 15:56 (UTC +04:00)
Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar davam edir.
Gimnastlarımız medallar uğrunda mübarizəni davam etdirirlər (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Fasiləyə qədər olan nəticələr əlavə olunub (ilk xəbər saat 10:06-da yayılıb)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar davam edir.

Trend-in məlumatına görə, gimnastlar həm fərdi, həm də komanda hesabında mübarizə aparırlar.

Təsnifat mərhələsində qadınlar 8, kişilər isə 5 qrupda qüvvələrini sınayırlar.

Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış edirlər. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktistina Pravdina mübarizə aparırlar.

Kişilərin mübarizəsində isə idmançılarımız 3-cü qrupda yarışırlar. Burada ölkəmizi Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyuk təmsil edirlər.

X X X

Kişilər arasında idman gimnastikası üzrə çöxnövçülük yarışların ilk mərhələsi sona çatıb. İlkin nəticələrə görə kişilər arasında komanda yarışlarında Rusiya gimnastları 88,199 xalla liderlik edirlər. İkinci yerdə Böyük Britaniya (85,231), üçüncü yerdə isə İspaniya komandası (84,832) qərarlaşıb.

Kişilər arasında şəxsi yarışlarda Brinn Bevan (42, 765) ən yüksək nəticə ilə liderlik edir.

Qadınlar arasında komanda yarışlarında Rusiya gimnastları (60,165 xalla) birinciliyi qorumağa davam edirlər.

İlkin nəticələrə görə qadınlar arasında şəxsi yarışlarda Aliya Mustafina (Rusiya) 30,333 xalla liderlik edir.

Ölkəmizi təmsil edən qadınlardan ibarət komanda ilkin nəticələrə görə 43,254 xalla 5-ci yerdə qərarlaşıb.

Yarışlar fasilədən sonra davam edəcək. Günü sonunda yarımfinala çıxacaq idmançılar müəyyənləşəcək.

X X X

Hazırda idman gimnastikası yarışları davam edir. Gimnastlarımız medallar uğrunda mübarizəni davam etdirirlər.

İdman gimnastikası üzrə kişilər arasında çöxnövçülük yarışlarının təsnifat mərhələsinin nəticələrinə görə Azərbaycan komandası 29,966 xalla birinci pillədə qərarlaşıb. İkinci yerdə İspaniya komandası (29,50), üçüncü yerdə isə Rusiya gimnastlarıdır (29,50).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti