Azərbaycan, Bakı, 15 iyun /Trend/
Bu gün Bakıda keçirilən ilk Avropa Oyunlarında qadınlar arasında stolüstü tennis üzrə komanda yarışları başa çatıb.
Trend-in məlumatına görə, final görüşündə Almaniya və Niderland tennisçiləri qarşılaşıblar. Gərgin keçən oyunda almanlar qalib gələrək qızıl medala sahib olublar - 3:2.
Bürünc medal uğrunda qarşılaşmada isə Çexiya Ukraynanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.