...

Luksemburqlu qılıncoynadan: Birinci Avropa Oyunlarını təşkil etmək böyük ideya idi

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 12:24 (UTC +04:00)
"Birinci Avropa Oyunlarını təşkil etmək böyük bir ideya idi. Bu, idmançılara öz bacarıqlarını göstərmək, təcrübə qazanmaq üçün böyük bir şansdır. Ümid edirəm ki, bu Oyunlar davam edəcək"
Luksemburqlu qılıncoynadan: Birinci Avropa Oyunlarını təşkil etmək böyük ideya idi

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunlarını təşkil etmək böyük bir ideya idi. Bu, idmançılara öz bacarıqlarını göstərmək, təcrübə qazanmaq üçün böyük bir şansdır. Ümid edirəm ki, bu Oyunlar davam edəcək". Bunu Trend-ə Luksemburqdan olan qılıncoynadan Lis Fauç deyib.

O bildirib ki, Azərbaycan bu Oyunları çox yüksək səviyyədə təşkil edib: "Hətta deyərdim ki, Olimpiya səviyyəsində təşkil edib. Burada özünü Olimpiya Oyunlarındakı kimi hiss edirsən. Mən də bu Oyunlarda iştirak etdiyimə görə çox sevinirəm".

L.Fauç Avropa Oyunlarında ən güclü idmançıların iştirak etdiyini diqqətə çatdırıb: "Burada Avropanın ən yaxşı idmançıları, o cümlədən Olimpiya və dünya çempionları iştirak edir, güclü rəqabət var. Qələbə qazanmaq olduqca çətindir".

Azərbaycana birinci dəfə gəldiyini söyləyən L.Fauç ölkəmizi, Bakını çox bəyəndiyini bildirib: "Bakı gözəl şəhərdir, buranı çox bəyəndim. Hələ şəhəri çox gəzməyə imkanım olmayıb. Atletlər kəndindən Bakının gözəl mənzərəsi görünür. Sabah Bakını gəzmək və Azərbaycanın milli xörəklərinin dadına baxmaq istəyirəm".

L.Fauç eyni zamanda Bakı Kristal Zalının çox möhtəşəm bir arena olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti