...

RF Olimpiya Komitəsi: Avropa Oyunları yüksək səviyyədə təşkil olunub (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 16:50 (UTC +04:00)
“Bakıda I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”.
RF Olimpiya Komitəsi: Avropa Oyunları yüksək səviyyədə təşkil olunub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Azad Həsənli/

"Bakıda I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub".

Trend-in məlumatına əsasən, bu barədə Azarkeşlər evində Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

O bildirib: "Bakıda I Avropa Oyunlarının baş tutduğunu deyə bilərik. Bu, çox maraqlı, böyük və əhəmiyyətli yarışdır".

A.Jukovun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində bəziləri Oyunların təşkili səviyyəsinə şübhə ilə yanaşırdılar: "Artıq bu gün məlumdur ki, birincisi, Avropa Oyunları çox yaxşı təşkil olunmuş tədbirdir, ikincisi, Oyunlarda Avropanın ən güclü idmançıları iştirak edirlər".

O, I Avropa Oyunlarının təşkilati işlərinin yüksək səviyyədə olduğunu qeyd edib: "Gözəl idman arenaları, mehriban könüllülər - hər şey yüksək səviyyədə təşkil olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti