Azərbaycan, Bakı, 28 iyun /Trend/
Bu gün I Avropa Oyunları çərçivəsində BMX velosiped idmanı üzrə son yarış gününə start verilib.
Trend-in məlumatına əsasən, bu gün kişilər arasında yarımfinal, daha sonra qadınlar və kişilər arasında final mərhələsi keçiriləcək.
Bu idman növü üzrə 2 dəst medal oynanılacaq.