...

Əhsən Azərbaycan: növbəti uğur “Olimpiya Oyunları”dır

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 23:20 (UTC +04:00)
Bakıda bəzilərinin həyata keçirilməsini ümumiyyətlə istəmədiyi hadisə başa çatdı.
Əhsən Azərbaycan: növbəti uğur “Olimpiya Oyunları”dır

İngilis xəbərlər xidmətinin rəhbəri

Aynur Qasımova - Trend:

Bakıda bəzilərinin həyata keçirilməsini ümumiyyətlə istəmədiyi hadisə başa çatdı. Azərbaycan Avropa Oyunlarını layiqincə qəbul etdi, keçirdi və başa çatdırdı. Bu barədə hamı - idman bayramının bütün iştirakçıları, eləcə də ölkə və xaricdəki tamaşaçılar danışır.

Bakının dünya arenasında uğurları artıq çoxdandır heç kəsi təəccübləndirmir. Lakin hamı yaxşı başa düşür ki, Azərbaycan gənc dövlətdir, onun müstəqillik tarixi 24 ildir, eləcə də region və Avropanın bir çox dövlətlərinə nisbətən ərazisi kiçikdir. Əlbəttə ki, şübhələr var idi. Lakin açılış mərasimindən sonra bütün şübhələr aradan qalxdı. Bağlanış mərasimi bütün bədxahların "tabutlarının üstünə son mismarı" vurdu. Azərbaycan adını tək idman tarixinə deyil, həm də Avropa tarixinə yazdı. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Azərbaycan xalqının əməyinin nəticəsidir. Azərbaycan Avropa Oyunlarına canını, sevgisini qoydu.

Bu gün, Oyunlar başa çatdıqdan sonra Azərbaycana qarşı qarayaxma kampaniyasının bütün təşkilatçılarına, icraçılarına, rəğbət bəsləyənlərə sual vermək istərdim. Nəyə nail oldunuz?

Özünüzün və başqalarının pulunu xərclədiniz, diqqəti idman bayramından yayındırmağa çalışdınız, iftira atdınız, qaraladınız və fırıldaqçılıq etdiniz. Bəs nə oldu? Hər şey məşhur atalar sözlərində olduğu kimi - karvan keçməyə davam edir.

Oyunlara qara yaxmaqla ilk növbədə onları keçirən ölkəni deyil, məhz yarışlarda iştirak edən milli komandalarınızı çirkaba bulayırsınız. Siz idman arenalarında milli himnlərin sədaları altında qalxan bayraqları təhqir edirsiniz. Siz idmançıların illərin məşqləri və zəhməti nəticəsində qazandıqları qələbələri şübhə altına salırsınız.

Problemlərin olması ilə bağlı sual verənlərə yalnız bir şey söyləyəcəyəm. Problemlər olub. Bunlar biletlə bağlı problemlərdir. 68 min nəfərlik stadion tam dolu olduğundan açılış və bağlanış mərasimlərinə bilet əldə edə bilməyən o qədər insan oldu ki.

Bədxahların nəyə nail olmadığı aydındır. Bəs Azərbaycan nə əldə etdi?

Bu gün hamı bir şey deyir. Azərbaycan Yay Olimpiya Oyunlarını keçirmək iqtidarındadır. Avropa Oyunlarının bütün infrastrukturu, təşkili və keçirilməsi bundan xəbər verir. Yeri gəlmişkən, bütün infrastruktur yalnız xalqa qalır. Oyunlar ölkədə idmana marağı o qədər yüksəltdi ki, birmənalı olaraq yaxın illərdə idman bölmələrinə yazılanların sayının xeyli artacağını gözləmək olar. Azərbaycanın Avropa Oyunlarından qazandığı ən böyük nailiyyətlərdən biri də xalqın sağlamlığıdır.

Azərbaycanın xeyli sayda yeni dostlar qazanması da əhəmiyyət kəsb edir. Bunlar Oyunlarda iştirak etmiş idmançılar, yarışları işıqlandırmış jurnalistlər, Oyunlara baxmaq üçün ölkəyə gəlmiş azarkeş və turistlərdir.

Azərbaycan üçün çox vacib olan Oyunlar ölkənin nəyə qadir olduğunun yalnız nümunəsidir. Bu bir daha göstərdi ki, Azərbaycan istənilən tədbiri ən yüksək səviyyədə keçirə bilər. Ən əsası odur ki, ölkə sözünün üstündə durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti