Dəhşətli qəzada ölən "Yeni ulduz-2"nin qalibi Rəcəb Musayev doğulduğu rayonda dəfn olunacaq

Mədəniyyət Materials 10 Yanvar 2011 15:26 (UTC +04:00)
"Yeni ulduz-2" mahnı müsabiqəsinin qalibi, gənc müğənni Rəcəb Musayevin nəşi dəfn olunmaq üçün Cənub bölgəsinə aparılıb. Bu barədə Trend-ə "SOY production"ın rəhbəri, "Yeni ulduz"un münsiflərindən olan tele-prodüser Oqtay Əliyev məlumat verib.
Dəhşətli qəzada ölən "Yeni ulduz-2"nin qalibi Rəcəb Musayev doğulduğu rayonda dəfn olunacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

"Yeni ulduz-2" mahnı müsabiqəsinin qalibi, gənc müğənni Rəcəb Musayevin nəşi dəfn olunmaq üçün Cənub bölgəsinə aparılıb. Bu barədə Trend-ə "SOY production"ın rəhbəri, "Yeni ulduz"un münsiflərindən olan tele-prodüser Oqtay Əliyev məlumat verib.

Müğənni yanvarın 8-də axşam saatlarında Bakının Kürdəxanı-Ləhic bağları istiqamətində idarə etdiyi "Mercedes" markalı avtomobilində dəhşətli yol qəzasına uğrayıb. Ağır xəsarət alan Musayev Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya çatdırlıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni ulduz" ailəsinə çox ağır itki üz verdi. Rəcəb çox istedadlı gənclərdən idi. Onun həyatda olmaması ilə barışmaq çox ağırdır. Üzümü Rəcəbin yaradıcılığına qiymət verən tamaşaçılara tutub deyirəm ki, heç vaxt onu yadlarından çıxarmasınlar. Bu, "Yeni Ulduz" tarixində artıq ikinci üzücü hadisədir. Müsabiqənin səkkizinci buraxılışında yarışmış Leyla Ağamalıyeva da 22 avqust 2009-cu ildə Göyçay rayonunda dəhşətli avtomobil qəzasında, Rəcəb kimi vaxtsız həyatdan köçdü", - Oqtay Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti