...

Əsl kişi maşını sürürəm - aşıq Əli Quliyev (FOTO)

Mədəniyyət Materials 21 Yanvar 2011 17:48 (UTC +04:00)
"Maşın" realiti-şousunun ən yaddaqalan iştirakçılarından biri olan populyar Azərbaycan aşığı Əli Quliyev (Tapdıqoğlu) bu dəfə şəxsi avtomobili ilə fotokameramızın obyektivinə tuş gəldi.
Əsl kişi maşını sürürəm - aşıq Əli Quliyev (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

"Maşın" realiti-şousunun ən yaddaqalan iştirakçılarından biri olan populyar Azərbaycan aşığı Əli Quliyev (Tapdıqoğlu) bu dəfə şəxsi avtomobili ilə fotokameramızın obyektivinə tuş gəldi. Məclislərin birini tərk edən aşıq restoranın çıxışında narın yağan yağışda islanmamaqdan ötrü birbaşa maşınına tərəf yol alırdı ki, yolda bir neçə sualımızı ona ünvanladıq. İlk soruşduğumuz avtomobilinin kreditdə olub-olmaması ilə bağlı oldu. Amma deyəsən, heç də ürəyincə olmadı bu sözləri eşitmək. "Nə danışırsınız? Nə kredit? Heç mən borc pulla maşın sürən oğlana oxşayıram? Sağ olsun pərəstişkarlarım. Xoş günlərinə çağırırlar, mən halal zəhmətimin müqabilində pul qazanıram. Maşınımı da nağd pulla almışam", - Əli Tapdıqoğlu dedi.

"Range Rover" markalı avtomobilinin qiymətinin 100 min ABŞ dollarından çox olduğunu diqqətə çatdıran aşıq seçdiyi minik vasitəsinin adına layiq olduğunu söyləməkdən də çəkinmədi. "Əsl kişi avtomobili sürürəm. Sözün həqiqi mənasında həm boyuma yaraşır, həm də çəkimə. Komfortuna da söz ola bilməz. Bir etiraf edim ki, bəlkə də "Maşın-şou"nun qalibi olsaydım, həmin avtomobili satardım. Çünki mənim ağırlığımı daşımağın öhdəsindən ancaq "Jeep"lər gələ bilər", - Quliyev əlavə etdi.

FOTO: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti